Qazaxda 20 Yanvar Ümumxalq Hüzn Günü
Qazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxananın Oxu zalında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Xalqımızın hüzn və şərəf günü” adlı ədəbi kompozisiya keçirlib. MKS-nin direktoru Solmaz Babanlı tədbir iştirakçılarına vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. O, çıxışında bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdü. 27 il öncə xalqımız qırmızı imperiyanın “Qızıl Ordu”sunun, sovet hərb maşınının hücumuna məruz qalmış günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı...
19 Yanvar 2017 18:25 SosialQazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxananın Oxu zalında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Xalqımızın hüzn və şərəf günü" adlı ədəbi kompozisiya keçirlib. MKS-nin direktoru Solmaz Babanlı tədbir iştirakçılarına vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. O, çıxışında bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdü. 27 il öncə xalqımız qırmızı imperiyanın "Qızıl Ordu"sunun, sovet hərb maşınının hücumuna məruz qalmış günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı...
Tədbirdə Mərkəzi Kitabxananın Xidmət şöbəsinin böyük kitabxanaçısı Kəmalə Nuruyeva "Xalqımızın hüzn və şərəf günü" mövzusunda məruzə ilə çıxış etdi. Çıxışda qeyd edildi ki, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın "Alfa" qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Həmin vaxt öldürülənlərin sayı 137 insan öldürülmüş, 744 nəfər ağır xəsarət almış, 841 nəfər isə qanunsuz olaraq həbs edilmişdi.
Tədbirin sonunda "Xalqımızın hüzn və şərəf günü" adlı sərgiyə baxış keçirildi.