“Bir mətbuat konfransının tarixi” adlı sənədli filmin təqdimatı olub
Yanvarın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə “Bir mətbuat konfransının tarixi” adlı sənədli filminin təqdimatı keçirilib. Tədbirdə MŞ sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media nümayəndələri, millət vəkilləri iştirak ediblər. Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazü bürövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Millət vəkili, MŞ sədri Əflatun Amaşov 27 il əvvəl sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar barədə danışıb. Bildirib ki, 1990-cı il 20 yanvarında heç bir xəbərdalıq etmədən Bakıya daxil olan sovet qoşunları görünməmiş faciə törədiblər: “Bu misli görünməmiş bir ədalətsizlik idi. Sadə insanların üzərinə güclü silahlanmış ordu göndərilmişdi.
19 Yanvar 2017 18:20 SosialYanvarın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə "Bir mətbuat konfransının tarixi" adlı sənədli filminin təqdimatı keçirilib. Tədbirdə MŞ sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media nümayəndələri, millət vəkilləri iştirak ediblər. Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazü bürövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Millət vəkili, MŞ sədri Əflatun Amaşov 27 il əvvəl sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar barədə danışıb. Bildirib ki, 1990-cı il 20 yanvarında heç bir xəbərdalıq etmədən Bakıya daxil olan sovet qoşunları görünməmiş faciə törədiblər: "Bu misli görünməmiş bir ədalətsizlik idi. Sadə insanların üzərinə güclü silahlanmış ordu göndərilmişdi. Məqsəd Azərbaycan xalqının milli azadlıq hərəkatını, müstəqillik istəyini beşikdəcə boğmaq idi". O, xatırladıb ki, 1990-cı il yanvarın 20-də Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılıb, "Azərbaycan" nəşriyyatı fəaliyyət göstərməyib: "Azərbaycan xalqı o vaxt təklənmişdi. Bakıda baş verən qırğın haqda ilk haqq səsi Moskvadan gəldi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirdi, hadisəyə ilk dəfə siyasi qiymət verdi. Bu hadisələrin günahkarlarının cəzalandırılmasını tələb etdi. O zaman hələ Sovet İttifaqı dağılmamışdı. Heydər Əliyev böyük cəsarət nümayiş etdirdikdən sonra dünya mediasında 20 yanvar faciəsi haqqında məlumatlar getməyə başladı və Azərbaycan xalqının haqq səsi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı". O, "Bir mətbuat konfransının tarixi" sənədli filminin 27 il əvvəl Heydər Əliyevin Moskvada keçirdiyi mətbuat konfransına həsr olunduğunu söyləyərək qeyd edib ki, sənədli filmin məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi "Qulp studio" tərəfindən hazırlanıb. Daha sonra "Bir mətbuat konfransının tarixi" sənədli filmi nümayiş olunub.
Film barədə çıxış edən millət vəkili Musa Qasımlı deyib ki, filmdə hər şey canlıdır və çox uğurlu alınıb: "Əlbəttə, biz heç birimiz istəməzdik ki, xalqımızın tarixində belə bir gün olsun. Lakin biz tarixi dəyişdirə bilmərik. Mən çox istərdim ki, film müxtəlif dillərə tərcümə olunsun və yerli telekanallarda nümayiş etdirilsin". Millət vəkili Cavanşir Feyziyev qeyd edib ki, "Bir mətbuat konfransının tarixi" sənədli filmində bütün bu məqamlara nəzər salınıb, ulu öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilib, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer alıb: "20 Yanvar Azərbaycan xalqının qanlı tarixidir. Bu tarix içərisində sözügedən mətbuat konfransının xüsusi yeri var. Çünki, bu mətbuat tarixi Azərbaycan xalqının və dövlətinin tarixində önəmli rol oynayıb". Bakı Dövlət Universitetinin müəllimi Cahangir Məmməli qeyd edib ki, filmdə Heydər Əliyevin ümumilli lider status aldığı açıq-aydın görünür: "O, Sovet dövlətinin qarşısına çıxaraq bu dövləti ifşa edir. Hansı ki, o zaman Amerika kimi nəhəng dövlət SSRİ-dən qorxurdu. Bu cəsarəti hər adam göstərə bilməzdi. Heydər Əliyevin bu addımında həm də idarəetmə nəzəriyyəsi və Vətənə sevgi bar idi. Ondan sonra bu Vətəni sevməmək olmaz". Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin o zaman göstərdiyi fədakarlıq və cəsarət haqqında danışıb və bildiriblər ki, baş vermiş hadisələr filmdə geniş şəkildə əks olunub.
Alim