Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi hesabat verdi

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunan yığıncağı keçirilib.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunan yığıncağı keçirilib. "Olaylar" xəbər verir ki, yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov bildirib ki, 86 minə yaxın sakinin yaşadığı və 4,27 kvadrat kilometr ərazini əhatə edən 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır. Nümayəndəlik hesabat dövrü ərzində rayon İcra Hakimiyyəti və Mərkəzi Hərbi Klinik Hospitalının rəhbərliyi ilə birlikdə müalicə olunan hərbi qulluqçuların Novruz bayramı və "Silahlı qüvvələr günü" münasibəti ilə təbrik edilməsi üçün bayram şənliklərinin təşkil edilməsi, habelə yaşlı nəslin nümayəndələrinin "Bilgəh" sanatoriyasında istirahəti və digər rayon tədbirlərinə sakinlərin cəlb edilməsində yaxından iştirak etmişdir.
Hesabat yığıncağında çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq quruculuq sakinlərin həyat şəraitinin daha da yüksəldilməsi üçün görülməli olan işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi kurs 2016-cı ildə böyük nailiyyətlərlə əlamətdar olmuş, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılmışdır. 2016-cı ildə bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam etmiş, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilmişdir. A.Əsgərov 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir. Bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, yolların təmiri, küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31