Xəzərdə yük gəmisində yanğının söndürülməsinə helikopter cəlb olunub (YENİLƏNİB)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
12 Yanvar 2017 17:57 SosialBu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Akademik Zərifə Əliyeva" adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək. Trend.az
***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Akademik Zərifə Əliyeva" adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-7" və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.