Tarif Şurası: Qazla bağlı əvvəlki borclar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidi
10 Yanvar 2017 21:39 SosialTarif (qiymət) Şurası bəzi KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.
Yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.
Bu barədə Trend-ə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31