Danimarka parlamenti də qondarma soyqırımı tanıya bilər

Ermənilər qondarma soyqırımın dünya miqyasında tanıdılması istiqamətində daha bir uğura imza atmaq ərəfəsindədirlər.

Ermənilər qondarma soyqırımın dünya miqyasında tanıdılması istiqamətində daha bir uğura imza atmaq ərəfəsindədirlər. "OLAYLAR"-ın Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqiyə istinadən verdiyi xəbərə görə, bu dəfə erməni yalanları Danimarka parlamentində müzakirəyə çıxarılacaq: "Erməni diasporasının təşkilatçılığı ilə yanvarın 19-da Danimarka Parlamentində qondarma erməni soyqırımı müzakirəyə çıxarılacaq". Səfər Sadiqi ermənilərin bu yalanlarını ifşa etmək və Danimarka parlamentarilərinə əsl həqiqəti çatdırmaq məqsədilə məqsədyönlü, qabaqlayıcı tədbirlərin görülməsini vacib sayıb: "Danimarka Vətən Cəmiyyəti, Skandinaviya Turk Federasiyası və Turkmən Cəmiyyəti olaraq etiraz tədbirlər planı üzərində işləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31