Ötən il qanunsuz ağac kəsilməsinə görə 183 şəxs 351 600 manat cərimə olunub

2016-cı ildə qanunsuz ağac kəsilməsi, ağacların zədələnməsi, yaşıllıqların korlanması faktı ilə bağlı araşdırmalar davam etdirilib.

2016-cı ildə qanunsuz ağac kəsilməsi, ağacların zədələnməsi, yaşıllıqların korlanması faktı ilə bağlı araşdırmalar davam etdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev  bildirib ki, araşdırmalar nəticəsində ötən il 183 şəxsin ümumilikdə 351 600 manat məbləğində cərimə olunması barədə müvafiq qərarlar qəbul edilib.

Sektor müdiri qeyd edib ki, qanunsuz ağac kəsilməsi, ağacların zədələnməsi, yaşıllıqların korlanması faktı ilə bağlı 204 nəfər təqsirkarın tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib: "Həmin şəxslər barəsində müvafiq məlumatlar əldə edildikdən sonra barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31