Sibel Can "O Ses Türkiyə"ni tərk etdi? - FOTO

"O Ses Türkiyə"nin yeni buraxlışında dörd münsifdən biri Sibel Canın yerinə Hülya Avşarın görünməsi hər kəsi çaş-baş salıb.

Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, yeni mövsümdə Sibel Can ilə razılaşan Acun Ilıcalının verilişində münsif kürsüsündə Hülya Avşarın görünməsinin səbəbi məlum olub.

Hülyanın yalnız bu həftəlik Sibel Canın yerinə münsif kürsüsünə keçdiyi aydın olub. Tviiter-dən açıqlama verən Sibel Can ""OSesTürkiye"də Hülya Avşar sürprizi var. Bu buraxlışa xəstə olduğum üçün qatılmadım. Sevimli Hülya adımdan gözəl səslər seçdimi, mən də maraqla gözləyirəm" paylaşımını edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31