Xətaidə ikimərtəbəli inzibati binada yanğın olub

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 1440 m² olan ikimərtəbəli inzibati binanın zirzəmisində 6 m² olan otağın yanar konstruksiyaları və 6 p.m kommunikasiya xətləri yanıb.

Binanın qalan hissəsi yangından mühafizə olunub.

Yanğın saat 17.30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31