Ağır qəza

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakinləri Mübariz Bağırovun idarə etdiyi "Seat" markalı avtomobil Rövşən Əmənovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub.

Nəticədə R.Əmənov və sərnişinlərindən həmkəndlisi Təhminə Hacıyeva hadisə yerində ölüb, digər sərnişini və M.Bağırov isə xəstəxanaya yerləşdiriliblər.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31