Bakı sakini evində yanıb öldü

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 3-də saat 2 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsində yaşayan Şahseyran Ağayevin mənzilində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra Ş.Ağayevin yanmış meyiti tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31