Payız sessiyasının son iclasının tarixi məlum oldu

Milli Məclisinin 2016-cı il payız sessiyasının son iclasının vaxtı bəlli olub. Milli Məclisdən verilən məlumata görə, iclas dekabrın 30-da baş tutacaq. İclasın gündəliyinə 25 məsələ daxildir. Bunlar vergi ödəyicilərinin 2017-ci il yanvarın 1-ə qədər olan vergi borclarının ləğvi barədə layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İcra haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir. 

Milli Məclisinin 2016-cı il payız sessiyasının son iclasının vaxtı bəlli olub. Milli Məclisdən verilən məlumata görə, iclas dekabrın 30-da baş tutacaq. İclasın gündəliyinə 25 məsələ daxildir. Bunlar vergi ödəyicilərinin 2017-ci il yanvarın 1-ə qədər olan vergi borclarının ləğvi barədə layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "İcra haqqında", "Büdcə sistemi haqqında", "Notariat haqqında" və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31