Xətai Sənət Mərkəzində “Hər çiçəyin öz ətri...”
23 dekabr 2016-cı il saat 11:00-da Xətai Sənət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Multikulturalizm İlinə həsr olunmuş “Hər çiçəyin öz ətri...” adlı uşaq və yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkilmiş rəsm sərgisi keçiriləcək.
22 Dekabr 2016 13:37 Sosial23 dekabr 2016-cı il saat 11:00-da Xətai Sənət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Multikulturalizm İlinə həsr olunmuş "Hər çiçəyin öz ətri..." adlı uşaq və yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkilmiş rəsm sərgisi keçiriləcək.
Tədbirdə həmçinin rəsm əsərlərinin sərgisi ilə yanaşı azsaylı xalqların milli geyimləri də uşaqların təqdimatında nümayiş olunacaq.
Tədbiri keçirməkdə əsas məqsəd azsaylı xalqların nağıllarının tanıdılması, zəngin mənəvi yaddaşa və düşüncə tərzinə malik istedadlı uşaqları üzə çıxarmaqdır.