"Avtobuslar xəttə qarajlardan deyil, müxtəlif məhəllələrdən çıxır"

Paytaxtda fəaliyyət göstərən sərnişin avtobuslarının əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə cavab vermir. Bu barədə Agentliyin ilin yekunlarına dair mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, hazırda Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan 58 marşrutdan cəmi 17-nin maddi-texniki istehsalat bazası var, əksəriyyəti qoyulan tələblərə cavab vermir: "Təəssüflər olsun ki, bu gün hələ də bir sıra marşrut avtobusları xəttə qarajlardan deyil, müxtəlif məhəllələrdən çıxır".

Hazırda Bakı şəhərində sərnişindaşımada 58 marşrut üzrə 2100 avtobus istifadə edilir. Agentlik sərnişinlərin təhlükəsizliyi ilə əlaqədar marşrut xətlərində mütəmadi yoxlamalar aparır, yaranan nöqsanlar aradan qaldırılır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31