Yeraltı dayanacaqlar niyə boş qalıb?
Bundan sonra Azərbaycanda avtomobillərin parklanması ilə bağlı yeni qayda tətbiq ediləcək. Yeni qaydalar "Yol hərəkəti haqqında" qanununa edilən dəyişikliklərdə əksini tapıb. Qanunvericilikdə edilən dəyişikliyə layihəsinə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlanıla bilməz.
19 Dekabr 2016 14:39 SosialBelə dayanacaqlarda parklanma neçəyə başa gəlir?
Bundan sonra Azərbaycanda avtomobillərin parklanması ilə bağlı yeni qayda tətbiq ediləcək. Yeni qaydalar "Yol hərəkəti haqqında" qanununa edilən dəyişikliklərdə əksini tapıb. Qanunvericilikdə edilən dəyişikliyə layihəsinə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlanıla bilməz. Əks halda İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat veriləcək. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə biləcək. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə ediləcək. Maraqlıdır, ölkədə kifayət qədər yeraltı və yürüstü avtodayanacaqlar olduğu halda nəqliyyat vasitələri küçələrdə, piyadalar üçün nəzərdə tutlan hərəkət zolaqlarında, eləcə də idarə və müəssisələrin qarşısında saxlanır. Qəribəsi isə ondan ibarətdir ki, aidiyyati qurumlar belə hallara qarşı mübarizə aparmaq əvəzinə nəqliyyat vasitələrinin sözügedən ərazidə dayanmasını rəsmiləşdirir, üstəlik bunun üçün müəyyən miqdarda ödəniş də alır. O halda belə bir sual yaranır, əgər nəqliyyat vasitələri istədikləri yerdə saxlayıb haqqını ödəyirlərsə, onda bu qədər vəsait xərcləyib çoxmərtəbəli, müasir texniki avadanlıla təmin olunmuş yeraltı dayanacaqların inşaa edilməsinə nə ehtiyac var idi? Məlumat üçün qeyd edək ki, son vaxtlar dövlət tərəfindən avtomobillər üçün çoxlu sayda yeraltı qarajlar tikilir. Təkcə Bakının mərkəzində Azadlıq meydanında Qış bulvarında, müxtəlif otellərin zirzəmisində avtomobillərin saxlanması üçün kifayət qədər yer var. Amma nədəndə abtomobillər həmin dayanacaqlarda deyil, ona yaxın ərazilərdəki küçələrdə saxlanılır. Araşdırmalara zamanı müəyyən edilib ki, müasir standartlara uyğun inşaa edilən dayanacaqlarda qiymətlər yüksək olduğundan avtomobil sahibləri nəqliyyat vasitələrini yerüstü parklanma üçün nəzərdə tutulan ərazilərdə saxlamağa üstünklük verirlər. Məlumata görə, yeraltı dayanacaqlarda 1 saat avtomobil saxlamaq üçün 1 manat qiymət müəyyən edilib. Belə olan halda, həmin ərazilərə yaxın idarələrdə çalışanlar orada maşın saxlamaq üçün hər gün 8-9 manat ödəməlidir ki, bu da ayda təxminən 200 manat edir. Məhz bu səbədən insanlar avtomobillərini ya qadağan olunan yerlərdə saxlayır, ya da başqa yollara əl atmağa məcbur olur. Sonda dövlət tərəfindən yüksək səviyyədə tikilən, təhlükəsizlik sistemi ilə təmin olunan dayanacaqların boş qalmasına gətirib çıxarır. Onu da qeyd edək ki, avtomobillərin parklanmasından sui-istifadə edənlər də az deyil. Millət vəkili Fəzail Ağamalı bildirib ki, Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir: "Bu gün Bakı şəhərində xeyli sayda irili, xırdalı ticarət mərkəzi var və onların qarşısında parklama işləri aparılır. Lakin bu parklamadan əldə edilən gəlirlər də büdcəyə getmir. Şəxsi ciblərə axır. Odur ki, biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün kifayət qədər gəlir əldə edənlərin pulları, vergiləri dövlət büdcəsindən niyə yayınsın ki? Əgər bu hallar qanuniiləşdirilərsə, o zaman büdcəyə də xeyli vəsait daxiil olar". Millət vəkili orta məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik vaxt limitinin tətbiq edilməsini də təklif edib.Valideyinlərin övladlarını məktəbə apararkən avtomobildən düşüb onu məktəbə qədər ötürdüyünü deyən F. Ağamalı bildirib ki, bu müddətdə insanlar cərimə olunmamalıdır: "Valideyin uşağı məktəbə qoyub qayıdanda görür ki, avtomobili qanunsuz saxladığına görə evakuator tərəfindən aparılıb. Bu baxımdan düşünürəm ki, insanlar bu cür cərimələrə məruz qalmamalıdır. Bunun üçün məktəblərin qarşısında avtomobillərin saxlanmasına 15 dəqiqəlik icazə verilməlidir". Milli Məclisin deputat Elmira Axundova avtomobillərin parklanma məsələsinin Bakı şəhərinin nəqliyyat sistemində ciddi problem olaraq qaldığını vurğulayıb. Deputat bildirib ki, qanunsuz parklanma yerlərinin mövcudluğu, hətta namünasib yerlərdə parkomatlar quraşdıraraq park yerlərinin açılması Bakı şəhərində nəqliyyatın hərəkətini iflic vəziyyətinə salır, tıxaclara səbəb olur: "Bir də görürsən ki, müvafiq icra hakimiyyəti orqanları bir-biri ilə məsləhətləşmədən, ərazidə nəqliyyatın sıxlığını və yolun enini nəzərə almadan park yeri müəyyən edir. Bu da sonradan şəhərdə sıxlığa səbəb olmaqla həm sakinlər üçün narahatlıq yaradır, həm də müvafiq orqanların öz arasında ziddiyyət yaradır".
Xatırladaq ki, hazırda Bakıda quraşdırılan parkomatların sayı yüzlərlədir. Məlumata görə, müvəqqəti dayanacaqlarda parkomatlar vasitəsilə ödənişlər əsasən 3 zona üzrə müəyyənləşib və burada qiymətlər zonalar üzrə dəyişir. 1-ci zonada müvəqqəti dayanacaqdan istifadə müddətinin saatı 1 manat, 2-ci zonada 50 qəpik, 3-cü zona üzrə isə 30 qəpik təşkil edir. Avtomobillərin hərəkətindən asılı olaraq bəzi küçələrdə bu qiymət 20 qəpik müəyyənləşib. Yəni təxminən "İçərişəhər", Nizami küçəsi mərkəz sayıldığından, orda qiymətlər 1 manat təşkil edirq. Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığı, "Yasamal", "Gənclik" 2-ci zonaya aiddir. Qalan ərazilər isə mərkəzdən kənar olduğundan, 3-cü zona sayılır. Onu da qeyd edək ki, şəhər mərkəzində bir parkomat ərazisində müvəqqəti dayanacaqdan istifadə limiti 4 saatdır. Ancaq elə ərazilər var ki, orada ümumiyyətlə limit tətbiq olunmur.
Alim