Qeybət artıq psixoloji xəstəliyə çevrilir
Təbiətin ən ali varlığı, yaradanın ən qiymətlisi insan dünyaya gələndə onunla halı xasiyyəti, ağlı və istedadı da da birgə doğulur. Müstəsna hallar dedikdə ilk öncə insanın düşdüyü mühiti və şəraiti nəzərdə tutulur. Bəzən mühit və şərait insan ağlına, düşüncəsinə ciddi təsir edir.
19 Dekabr 2016 14:27 SosialBu sindrom keçicidir və genetik yolla atadan oğula, bütün geni əhatə edən insanlara keçə bilər
Təbiətin ən ali varlığı, yaradanın ən qiymətlisi insan dünyaya gələndə onunla halı xasiyyəti, ağlı və istedadı da da birgə doğulur. Müstəsna hallar dedikdə ilk öncə insanın düşdüyü mühiti və şəraiti nəzərdə tutulur. Bəzən mühit və şərait insan ağlına, düşüncəsinə ciddi təsir edir.
Psixoloq Türkan Soltanlı deyir ki, dünyaya gələn insanın dünyaya baxışı müxtəlif olduğu kimi, hər bir insana baxış da müxtəlif ola bilər. Əqlinə və əməlinə görə: "Mövlanə Cəmaləddin Rumi, Fəzullah Nəimi, İmaməddin Nəsimi, Ibni Sina kimi müdrüklər insanlara qiymət verərkən onları kamil insan və cahil insan kimi şərti qiymətləndirmə üsulundan istifadə edərək iki qurupa bölüblər. Kamil insan ağlının gücünə inanan, biliyi, bacarığı, xeyirxaqlığı, yaşadğı cəmiyyətə xeyir verən və onun xoşbəxtliyi uğrunda canını fəda etməyə hazır olan və ən azından bacardığını edən və etmək istəyənlərdir. Və insanın kamillik dərəcəsini qiymətləndirmək üçün bu siyahını istədiyimiz qədər uzada bilərik. Cahil insan isə birincinin əksinə olaraq bütün pisliklərə məhəl qoymadan imza atamağa hazır olan və onları edənlərdir. Detallarına varsaq görərik ki, cahil insan yaltaq da ola bilir, qeybətcil də, iküzlü də ola bilir, yalançı da Başqasının yaxşı əməlinə mane də ola bilər, ona həsəd də apara bilər. Bu məqamda insanın genefondunu nəzərə almasaq düşüdüyü mühütin də rolu öz işini görmüş olur. Çox təssüf doğuran haldır ki, yaltaqlıq və qeybət sarı sarmaşıq, qorxulu bir illət kimi cəmiyyəti sarımaqdadır. Təbii ki, bu iki sindiromu ən çox yaradan amil ətraf mühit və şəraitdir". Psixoloq qeyd edir ki, ən çox bacarıqsız, elmi və sosial mühitdə düşüncəsi inkişafdan geri qalan insanların bir qismi bu xəstəliyə yoluxurlar: "Və ən pis cəhəti də budur ki, bu cür insanlar etdikəri pisliklərin dərəcəsini qiymətləndirmək hisslərini itirdikləri üçün ya özlərinə tərəf müqabil axtarır, düşüncə və həmfikirlərinin çoxluğunu arzu edirlər, ya da təsir dairələrini genişləndirmək üçün qeyri ənənəvi metodlardan istifadə edərək ətrafda olan kamil insanlara zərər verməkdən çəkinmirlər. Cəsarətlə demək istəyirəm ki, bu xasiyyət deyil qorxunc bir xəstəlikdir. Hazirda belə bir diaqnoz olmasa da inaniram ki, yaxın zamanlarda insanların bu xəstəliyin müalicəsinə olan aşırı təlabatı nəzərə alaraq psixologiya elmi bunu psixoloji xəstəliyin ən qorxunc növü kimi təsdiq edəcəkdir. Ən pisi də budur ki, millət olaraq ən çox diaqnoz qoyulan kimi statistikada biz ön yerlərdən birində yer alacağıq. Səbəbini araşdırdıqda isə təməli mükəmməlliyyətçilikdən, tamamlanmamış qayğılardan, özgüvənsizlikdən, olanla yetinməməkdən, ümüdsüzlükdən irəli gəlir. Sindrom özünü qadınlarda və kişilərdə fərqli formada göstərir. Qadinlarda daha çox görülən bu diaqnoz söz almaq üçün, kimi və kiminsə gözundən salmaq, kiminsə sirrini hər kəsə açmaq və bir çox digər məqsədlər daşıyırsa, kişilərdə özünü təsdiqləmə yanındakı insana onun daha üstün oldugunu göstərmə, hər olanı çox yaxşı anladığını bildirmək üçün və ya heç kimi bəyənmirmiş kimi düşuncəsi oldugunu göstərmək və yaltaqlıq üçün istifadə edilir.
Əslində insan üçün heç bir xeyri olmayan əksinə insanı ətrafındakı insanların gözündən salan, güvənilməyəcək və hörmət olunmayacaq, bir hala salan bu vərdiş onu edənlər üçün sadəcə günlük rejimin əsas hissəsi və qətiyyən təxirə salınmayacaq bir məşğuliyyətdir. Qeyd edim ki, bu sindrom keçicidir. Genetik yolla atadan oğula və bütün geni əhatə edən insanlara keçə bilər. Xəstəlik özu ilə yalana meyillilik, sayrışan nevroz, sosial fobia da yaradır. Terapiya üsulunun necə aparıldığı haqqında duşunsək, onları ilk öncə psixoanaliz edib həyatlarındakı problemləri hell etdikdən sonra psixiatrın dərman dəstəyi ilə aradan qaldırmaq mümükündür. Həyatlarında olan problemi tapmanın ən asan yolu isə danışdığı insanda daha çox nədən danışırsa, deməli bu insanın öz həyatında o yöndə dərin yoxsulluq var demekdir. Bu cür adamlar danışdıqlarının öz həyatlarındanda da olmasını arzu etmələri kiminsə haqqında yalnız fikirlərini pis yöndə ifadə etməklə tamamlayırlar. Düşüncəmizə görə əgər günümüzdə bu cür adamlarla qarşılaşırıqsa heç fikir verməyə də bilərik qənaətində olanlar da var. Lakin bilməliyik ki, onlar hec yorulmadan danışdıqlarını sizin təsdiqləmənizi istəyəcəklər. Bunu etmiş olsanız problemi daha da dərinləşdirməyə yardım etmiş olarsınız". Psixoloq hesab edir ki, bu xəstəliyə yoluxmuş insanları tanımaq o qədər də çətin deyil: "Onlar cəmiyyət içində daha çox diqqəti yayınıq olan biri kimi görünürlər. Çünki daima ətrafdakı insanlari analiz etdiklərinə və tapdıqları mövzunu danışmağa, genişləndirərək yaymağa vasitə axtardıqlarına görə həmişə beyinləri məşğul vəziyyətdə olur, özlərindən biixtiyar donuq üz ifadəsi alırlar".
Füzuli