20 dekabrda gözlənilən hava şəraiti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
19 Dekabr 2016 13:13 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 20-dəhava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyiəsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2dərəcə şaxta, gündüz 3-6dərəcə isti, Bakıdagecə 0-2 dərəcə şaxta, gündüz 3-5dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 20-dəhava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxtaolacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidi.