Erkən nikahın fəsadları gənclərə çatdırılır
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) və "İRӘLİ" İctimai Birliyinin dəstəyi ilə AzGFnin 8-ci qrant müsabiqəsinin qalibi Orxan Rüstəmovun layihə rəhbəri olduğu "Erkən nigaha YOX, Təhsilə HƏ!" layihəsi başa çatıb. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, layihənin əsas məqsədi cənub rayonlarında erkən nigahların sayının azaldılması, Azərbaycan Respublikasının nigah haqqında qanunu və erkən nigaha daxil olan zaman hansı fəsadların baş verəcəyi haqqında məlumatlarla maarifləndirmək idi.
19 Dekabr 2016 12:25 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) və "İRӘLİ" İctimai Birliyinin dəstəyi ilə AzGFnin 8-ci qrant müsabiqəsinin qalibi Orxan Rüstəmovun layihə rəhbəri olduğu "Erkən nigaha YOX, Təhsilə HƏ!" layihəsi başa çatıb. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihənin əsas məqsədi cənub rayonlarında erkən nigahların sayının azaldılması, Azərbaycan Respublikasının nigah haqqında qanunu və erkən nigaha daxil olan zaman hansı fəsadların baş verəcəyi haqqında məlumatlarla maarifləndirmək idi. Layihə çərçivəsində Masallı, Salyan rayonlarında və Lənkəran şəhərində yaşayan 105 (15-20 yaş) gənclə görüşlər keçirilib. Layihədə iştirak edən gənclər əsasən adı çəkilən rayonların mövcud problem üzrə ən ciddi vəziyyət olan kəndlərindən seçiliblər. Gənclər əsasən rayon nigah qeydiyyat idarələrinin və təhsil şöbələrinin köməyi ilə seçilib, daha çox isə ailəsində, əhatəsində bu tip problem yaşayanlara üstünlük verilib..