1855 əcnəbi ölkə qanunvericiliyini pozub

2016-cı ilin noyabr ayı ərzində 1855 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. "OLAYLAR"-ın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, onlardan 17-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 190 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1260 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 388 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31