Azərbaycan-Rusiya əlaqələrinin 25 illiyi qeyd edilib 

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinde (MGİMO) Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik mərkəzinin təşkilatçılıgı ilə Azərbayacan və Rusiya humanitar əlaqələrinin 25 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbir Rusiya Beynəlxalq Araşdırmalar Asossasiyasının təşkil etdiyi "Rusiyanın 25 illik xarici siyasəti" adlı Konventin tərkibində keçirilib. Dəyirmi masada bir sıra görkəmli şəxslər, dövlət xadimləri, ictimai xadimlər, o cümlədən jurnalistlər iştirak edib. Azərbyacan-Rus Mədəniyyət və Həmrəylik mərkəzinin nümayəndəsi Ramil İsmayılov və Rusiyanın tanınmış politoloqu, Rusiya Federasiyasının Ictimai Palatasının rəhbər işçilərindən biri olan Sergey Markovun moderatorluq etdikləri tədbirdə Rusiya və Azərbaycanın bir sıra ekspert, alim və ictimai xadimləri xalqlar arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün təkliflər irəli sürüblər. Mərkəzin icraçı direktoru Mehman Şükürov 7 illik fəaliyyətləri ilə Azərbaycan-Rusiya əlaqələrinə verdiyi töhfələrdən və iki xalq arasındakı münasibətlərin tarixindən danışıb. Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markovun mövzu haqqında geniş məruzəsindən sonra filologiya elmlər namizədi Anar Həsənov, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova, Mədəni Araşdırmalar İnstitunun direktor müavini Yevgeniy Baxrevskiy, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin iqtisadiyyat üzrə müəllimi Anna Makarenka, Rusiya jurnalistlər birliyinin üzvü Səadət Qədirova, Azərbaycan Prezidenti yanında siyasi araşdırmalar mərkəzinin elmi işçisi Nəcibə Mustafayeva və postsovet araşdırmaları mərkəzinin elmi işçisi Elnur Mehdiyev çıxış ediblər. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi geniş müzakirə edilib. Sergey Markov Ermənistanın qeyri-konstruktiv mövqeyinin danışıqlar prosesinin ləngiməsinə səbəb olduğunu, həmçinin, bu münaqişənin də tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31