TUMİB gəncləri maarifləndirir

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasını davam etdirir. "OLAYLAR"-a daxil olan məlumata görə, layihə çərçivəsində növbəti tədbir Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının qərargahında keçirilib. İmişli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Hüseyn İbrahimov vətəndaş cəmiyyəti institutlarının dövlət qurumları ilə əməkdaşlığını müsbət qiymətləndirib. H.İbrahimov deyib ki, gənclərin fərdi potensialının üzə çıxmasına xidmət edən layihələrin sayını artırmağa ehtiyac var. "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı mübarizənin effektivliyinə töhfə verməkdir. O, gəncləri sağlam həyat tərzi keçirməyə, spirtli içkilərdən və siqaretdən uzaq olmağa, davamlı mütaliə etməyə və öz üzərlərində işləməyə çağırıb. Gənclərin cəmiyyətin avanqard hissəsi olduğuna diqqət çəkən layihənin eksperti Seymur Verdizadə bldirib ki, insan iradəsi bütün neqativ meyllərə qalib gəlməyə qadirdir. S.Verdizadə deyib ki, sağlam həyat tərzi keçirmək hər bir gəncin borcudur. TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə gənclərin cəmiyyətin həyatında fəal rol oynadıqlarını bildirib. S.Novruzzadə deyib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bu kateqoriyaya daxil olan insanların fərdi potensialının üzə çıxmasına xidmət edir. Natiq həmyaşıdlarını onlar üçün yaradılmış münbit şəraitdən maksimum faydalanmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31