Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, imtahanlar Masallı Olimpiya İdman Kompleksində keçirilir. Soyuq və qarlı hava şəraitinə baxmayaraq, imtahanda müəllimlərin davamiyyəti 98 faiz təşkil edir. İki gün ərzində keçiriləcək diaqnostik qiymətləndirmədə 4500 nəfərə yaxın müəllim iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31