Yollar buz bağlayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi dekabrın 14-ü gün ərzində, 15-i gecə və səhər  ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə yağış, sulu qar, qar yağıb.  Ayrı-ayrı yerlərdə intensiv hava şəraiti müşahidə  olunub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-2, Böyük Qafqazda 2-29, Lənkəran-Astara zonasında 1-42, Kiçik Qafqazda 13-15, Qazax-Gəncə zonasında 1-17, Mərkəzi Aran rayonlarında1-18, Naxçıvan MR-da1-10 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərə, Gədəbəydə 22, Xınalıq, Daşkəsəndə 17, Qubada 15, Qubanın dağlıq ərazilərində 10-25, Zaqatala, Göygöldə 13, Şəki, Oğuzda 12, Balakəndə 11, Rvarudda 9, Şamaxı, Naxçıvanda 8, Şahbuz, Ordubadda 7, Altıağac, Sarıbaşda 6, İsmayıllı, Tərtərdə 5, Göyçay, Lerikdə 4, İmişli, Göytəpə, Şabranda 3, Kəlvəz, Astara, Beyləqan, Zərdabda 2, Şərur, Xaçmaz, Lənkəranda 1 sm olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31