İstirahət mərkəzlərində bütün yerlər bronlanıb
Hansı oteldə Yeni il gecəsi 2400 manata başa gəlir? Ölkədə baş verən devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunur. Qiymət artımı həm idxal, həm də yerli məhsullarda özünü göstərir. Dövlət Statistika Komitəsinin (DSK) son məlumatına görə, 2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb. 2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalaşıb.
15 Dekabr 2016 13:08 SosialHansı oteldə Yeni il gecəsi 2400 manata başa gəlir?
Ölkədə baş verən devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunur. Qiymət artımı həm idxal, həm də yerli məhsullarda özünü göstərir. Dövlət Statistika Komitəsinin (DSK) son məlumatına görə, 2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb. 2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalaşıb. Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, peçenye və paxlavanın, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin, armudun, narın, heyvanın, pomidorun, xiyarın qiymətlərində bahalaşma, müşahidə olunub. Göründüyü kimi son ay ərzində ərzaq məhsullarının qiymətləri qeyri-ərzaq malları və xidmətlərlə müqayisədə daha çox bahalaşmaya məruz qalıb. Üstəlik ekspertlər Yeni il bayramı ilə əlaqədar qiymətlərin daha da artacağını proqnozlaşdırılar. Lakin fakt ondan ibarətdir ki, baş verən qiymət artımı əhalinin əksər hissəsinin sosial durumuna bir o qədər də mənfi təsir etməyib. Müşahidələr deməyə əsas verir ki, insanlar "qənaət rejiminə" keçmək əvəzinə daha dəbdəbəli həyat sürməyə can atırlar. Daha dəqiq, vətəndaşlarımız qarşıdan gələn Yeni il bayramını həmişəkindən daha dəbdəbəli keçirmək istəyindədirlər. Bu məlumatları yazmaqda niyyətim qətiyyən soydaşlarımızın dəbdəbəli həyat sürməsinə qarşı çıxmaq, onlara qibtə etmək deyil. Sözün həqiqi mənasında istərdim ki, insanlarımız layiq olduqları şəraitdə yaçasınlar. Çünki, millətimiz buna layiqdir. Sadəcə hazırki şəraitdə bəzi insanların həddən artıq israfçılığa yol vermələri narahatçılıq doğurur. Başlayaq ondan ki, əhali qazancının böyük bir hissəsini ərzağa xərcləyir. Ancaq, bu heç bir anlamda ərzaq məhsullarının bahalığı ilə yozulmamalıdır. Söhbət ondan gedir ki, insanlar bayram ayında ölkəyə idxal edilən bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarından dadmaq istəyirlər. Əslində, vətəndaşlarımızın bu istəyi anlaşılmalı və hətta alqışlanmalıdır. Ancaq indiki şəraitdə təmtəraqlı bayram keçirmək üçün 1000-1500 manat yolkaya, 200-300 manat partlayıcı oyuncaqlara xəcləməyin heç yeri yoxdur. Söhbət Yeni il qabağı 1000, 1500 manata satılan yolkalardan, bir ədədi 50-60 manata yolka oyuncaqlarından gedir. Bakıdakı bahalı mağazaların satıcıları deyir ki, hələ ki, müştəri qıtlığıyla üzləşməyib. Çünki sözügedən malların alıcıları var. Eyni bahalıq və paralel olaraq müştəri çoxluğu ölkədə Yeni ilə hazırlaşan restoranlar, otellər, istirahət mərkəzləribndə də müşahidə olunmaqdadır. Məlumata görə, bayramla əlaqədar olaraq ölkənin bütün istirahət mərkəzlərində yerlər bronlanıb. Qiymətlər isə ən azından 100 manatdan başlayaraq 2500 manata qədər yüksəlir. Qeyd edək ki, şəhər kənarında daha çox şadlıq evləri kimi tanınan yerlərdə Yeni il gecəsinin qiyməti bir nəfərə 100-150 manat təşkil edir. Dekabrın 31-nə otellərdəki qiymətlər daha bahadır, 500-800 manat arası dəyişir. Bu cür məkanlarda uşaqlar üçün Yeni il şənliklərinin də qiyməti 100 manatdan başlayır. Belə ki, Qusar-Laza yolunun 29-cu kilometrliyində yerləşən "Pik Palace" Şahdağ Otelində ən bahalı nömrə belə öz müştərisini artıq tapıb. Oteldən bildiriblər ki, dekabrın 30-dan 4-dək oteldə bütün otaqlar tutulub. Hətta otelin yeni il gecəsi üçün ən bahalı, bir gecəsi 2400 manata təklif olunan "Royal Suite" otağı da çoxdan bron edilib: "Bizdə üç günlük paketlər 1450 manatdır. Otelimizdə yeni ildə dincəlmək istəyənlər iki nəfərlik otaqları bir sutkası 420 manatdan bron ediblər. Bura yalnız səhər yeməyi və otelin xidmətlərindən istifadə daxildir. Yeni il gecəsi şənlənmək istəyənlər isə konsert proqramına adambaşına 200 manat ödəməklə daxil ola bilərlər. Alkoqollu içkilər xaric olmaqla bura yerli və aralıq dənizi mətbəxi daxildir. Digər otelimiz olan "Park Chalet" Şahdağ oteldə isə qiymətlər qismən ucuz olub. Artıq bu otelimizdə də yeni il günlərinə boş yer qalmayıb. "Park Chalet" Şahdağ oteldə yeni il günlərində iki nəfərli otağın qiyməti 306-342 manat təşkil edib. 3 gecəlik paket 1150 manata başa gəlir. Bura yalnız səhər yeməyi daxildir. Bu oteldə də yeni il gecəsi əylənmək və yemək üçün adambaşına ayrıca pul ödənilməlidir". "Şahdağ" Turizm Mərkəzində yerləşən məşhur "Şahdağ Otel"də də artıq bütün yerlər hələ iki ay öncədən bron edilib... "Şahdağ Otel"dən bildirdilər ki, bu məkanda dekabr ayının 29-dan yanvar ayının 6-dək bütün otaqlar bron edilib: "Bizdə yeni illə bağlı müştərilərə 3 gecəlik paket təqdim edilmişdi. 3 gecəlik paketin qiyməti dağa panaroması olan otaqlarda 1450 manat idi. Bura 31-i gecəsi daxil olmaqla səhər yeməyi nahar, yeni il şousu daxildir". "Şahdağ" Turizm Mərkəzində yerləşən "Zirvə Otel"də isə yerlər dekabrın 29-dan yanvarın 4-dək tutulub: "Bu otelimizdə qiymətlər üç günlük paketlə müştərilərə 990 manatla satılıb. Qiymətə 31-i yeni il şousu, səhər yeməyi və nahar daxildir". "Quba Rixos Otel"də də bütün yerlər bayram günləri üçün artıq bağlıdır. Bu oteldə bayram günlərində iki nəfərin üç gün dincəlməsi 1300 manata başa gələcək. Qiymətə səhər yeməyi və şam yeməyi, qala konsert daxildir. Yeni ildə yüksək qiymətlə müştəri qəbul etmyə hazır olan istirahət mərkəzlərinin sayını daha da artırmaq olar. Lakin fakt ondan ibarətdir ki, həmin istirahət mərkəzləri və restoranlarının hamısının müştəriləri var. Turizm şirkətlərindən birinin əməkdaşı mətbuata açıqlamasında deyib ki, onlara müraciət edən müştərilər qiymətlərdən razıdır: "Müştərilər gəlir, heç istirahət mərkəzlərinin çoxunda yer də yoxdur. Bilirsiniz, orda dincələn adamlardan ötrü bu qiymətlər baha deyil". Bu isə o deməkdir ki, tələbat olmasaydı, qiymətlər bu həddə qədər yüksələ bilməzdi. Deməli, insanlarımızın sosial vəziyyəti heç də deyildiyi kimi açınacaqlı deyil. Əksinə, daha yaxşı, daha dəbdəbəli yaşamağa imkan verir. O başqa məsələ ki, belə imkanlı şəxslər əhalinin neçə faizini təşkil edir. Turizm üzrə ekspert Ruslan Quliyev iki ay öncədən qış turizminin inkişaf etdiyi ərazilərdəki otellərdə boş yer qalmamasının səbəbini belə izzah edib: "Əvvəllər yeni ili xarici ölkələrdə qeyd etməyə gedənlər çox olurdu. Amma indi, milli valyutanın xarici valyutaya konvertasiya etməklə xaricdə dincəlmək Azərbaycan vətəndaşlarına sərf etmir. İndi daxili turizm obyektlərinə üz tutmaq ölkə əhalisi üçün daha sərfəlifdir". R. Quliyevin sözlərinə görə, xaricə turist kimi gedənlərin sayında 30 faiz azalma var: "Ona görə də, bayram öncəsi qış turizminin inkişaf etdiyi ərazilərdə fəaliyyət göstərən reytinqli otellərdə yerlər iki ay öncədən bron edilib. Turizm sahəsində tələbat çox olanda, erkən rezervasiyalarla ucuz yerlər tutulur. Sona doğru lüks yerlər qalır. Bu zaman qiymətdə bahalaşma hiss olunur". Onun sözlərinə görə, yeni ildə qış turizm obyektlərində yerlərin dolması ölkədə mehmanxana fondunun artırılmasını zəruriliyini bir daha qabardır. İqtisadçı ekspert, "Fins.az" saytının redaktoru Əli Əhmədov deyir ki, bu qiymətə yerlərə daha imkanlı azərbaycanlılar və turistlər gedir:"Nisbətən imkanlı təbəqə, yəni, biznesmenlər, investorlar, sabit gəlirə malik təbəqə Yeni il şənliklərini daha bahalı xidmətlərdən yararlanmaqla keçirir. Bəziləri Yeni ili xarici ölkələrdə, işə görə ölkədən uzaqlaşa bilməyənlər isə yüksək ulduzlu otellərdə qeyd edir. Tanınmış brendlərə məxsus bu cür otellər həm Bakıda, həm də bölgələrdə var. Belə otellər həm Qəbələdə, daha çox Şahdağdadır. Burdan yararlananlar daha yüksək xidmət səviyyələrinə hesablanmış şəxslərdir. İmkanları da çatır, tələbləri də uyğun səviyyədədir. Bu il, əslində, qiymətlərin ötən ilki kimi qalacağını gözləmək olardı. Ancaq özəlliklə, ərəb, körfəz ölkələrindən varlı turistlərin Azərbaycana səfəri bu xidmətlərin ucuzlaşmasına imkan vermir. Əksinə, bəzi yerlərdə bahalaşıb".
Alim