8 ünvanda yeni avtobus dayanacağı da müəyyən edilib

Sərnişindaşımalarında səmərəliliyin və rahatlığın artırılması məqsədi ilə, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri vətəndaşların və daşıyıcıların avtobus dayanacaq məntəqələri ilə bağlı Agentliyə ünvanladıqları müraciətlərə əsasən, mütəmadi olaraq araşdırmalar və təhlillər apararaq, sərnişin tələbatını öyrənir.

Sərnişindaşımalarında səmərəliliyin və rahatlığın artırılması məqsədi ilə, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri vətəndaşların və daşıyıcıların avtobus dayanacaq məntəqələri ilə bağlı Agentliyə ünvanladıqları müraciətlərə əsasən, mütəmadi olaraq araşdırmalar və təhlillər apararaq, sərnişin tələbatını öyrənir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarfiləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhərində bir sıra ərazilərdə avtobus dayanacaq məntəqələrinin yerləşmə məsafələri standartlara uyğun olmamaqla yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bir çoxunda müvafiq olaraq yol nişanları quraşdırılmayıb. Vətəndaşların və daşıyıcıların müraciətlərinə və aparılan təhlillərə əsasən, paytaxtın müxətlif ərazilərində artıq 26 dayanacaq nişanı yerləşdirilib və hazırda bu proses davam etməkdədir. İlin sonuna kimi 75 belə nişanın quraşdırılması nəzərdə tutulub. Sərnişinlər nişanlardakı məlumat löhvələri vasitəsilə məntəqənin ünvanı, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələri, onların keçdiyi dayanacaq məntəqələrinin adları, intervalları, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtı barədə məlumat ala biləcəklər. Nişanların qurşadırılması prosesi çərçivəsində 8 ünvanda yeni avtobus dayanacağı da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31