Bakının Xətai rayonunda yerləşən Baku Medical Plaza xəstəxanasında ölüm hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu klinikada ürəyindən əməliyyat olunan İraq vətəndaşı 1990-cı il təvəllüdlü Malik Əl Abbad əməliyyat masasında dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31