Azərbaycanda ard-arda iki zəlzələ oldu - YENİLƏNİB

10:08

İsmayıllı rayonunda bu gün növbəti zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ dekabrın 13-də saat 04:33-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.5 olan, 9 km dərinlikdə baş verən yeraltı təkan episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

----------

09:12

Azərbaycanda zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. 4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31