“Qaçqınkom” ləğv olunacaq!
Ölkənin dövlət qurumlarında idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan islahatların davam etdiriləcəyi bildirilir. “Olaylar”a daxil olan məlumata görə, dövlət qurumlarında aparılan islahatların “qurbanlarından” biri də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olacaq. Mənbənin bildirdiyinə görə, Azərbaycanda həyata keçirilən idarəetmə siyasətinə uyğun olaraq mövcud dövlət komitələrinin bir neçəsi müəyyən məqsədlər üçün yaradılıb.
9 Dekabr 2016 12:19 SosialÖlkənin dövlət qurumlarında idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan islahatların davam etdiriləcəyi bildirilir. "Olaylar"a daxil olan məlumata görə, dövlət qurumlarında aparılan islahatların "qurbanlarından" biri də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olacaq. Mənbənin bildirdiyinə görə, Azərbaycanda həyata keçirilən idarəetmə siyasətinə uyğun olaraq mövcud dövlət komitələrinin bir neçəsi müəyyən məqsədlər üçün yaradılıb. Qarşıya qoyulan məqsədlərə nail olunduqdan sonra həmin komitələrin fəaliyyətinə ehtiyac qalmır. Eləcə də idarəetməni təkmilləşdirmək məqsədilə bir-birini təkrarlayan, yaxud eyni funksiyanı icra edən qurumların birləşdirilməsi səmərəlilik baxımından effektli sayılır. Onu da qeyd edək ki, son vaxtlar Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətində narazılıqlar müşahidə olunmaqdadır. Belə ki, məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların bölüşdürülməsində külli miqdarda vəsaitin mənimsənilməsi, eləcə də bu kateqoriyadan olan insanlar üçün inşa edilən mənzillərin qanunsuz satışı barədə məlumatlar dolaşmaqdadır.