Hər gün nahardan sonra bunu mütləq edin!

Yeməkdən sonra diş fırçalamaq imkanınız yoxdursa, saqqız çeynəyə bilərsiniz. Yeməkdən sonra saqqız çeynəmək diş çürüklərinin yaranmasının bir qismini əngəlləyir. Müntəzəm olaraq səhər-axşam dişlərini fırçalayan insanların da saqqız çeynəməsi faydalı olar.

Yeməkdən sonra diş fırçalamaq imkanınız yoxdursa, saqqız çeynəyə bilərsiniz. Yeməkdən sonra saqqız çeynəmək diş çürüklərinin yaranmasının bir qismini əngəlləyir. Müntəzəm olaraq səhər-axşam dişlərini fırçalayan insanların da saqqız çeynəməsi faydalı olar.

Ancaq "bu gün də dişlərimi fırçalamayım, onsuz da saqqız çeynəyəcəyəm" deyə düşünmək da doğru deyil.

Diş əti xəstəlikləri və diş çürüklərinin ən böyük səbəbi bakteriya ərpidir. Diş üzərində yaranmış bu ərp diş fırçalamaqla dişin üzərindən uzaqlaşmazsa, yediyimiz yeməklər çürük yaranmasına səbəb ola bilər. Diş aralıqlarını təmizləmək üçün diş iplərindən istifadə etmək vacibdir. Diş ərpinin yaranmasını əngəlləyən ən böyük təbii silah tüpürcəkdir. Tüpürcək dişlərin üzərini hər zaman islaq saxlayar, dişlərin mexaniki olaraq köhnəlmələrini əngəlləyər. Tüpürcək çeynəmə sayəsində yaranır və yemək yeyərkən daha çox olur.

Yeməkdən sonra 15-20 dəqiqə saqqız çeynəmək faydalıdır.

Əgər diş ərpi qalınlığı çoxdursa və asitli içkilər içmisinizsə, bu zaman tüpürcək təsirsiz qalacaq. Bu zaman saqqız köməyinizə yetişə bilər. Ancaq çalışın, şəkərsiz saqqızlardan istifadə edin. Bu cür saqqızlar tüpürcək axınını artırır asitin ziyanlı təsirini məhv etməyə kömək edir. Getdiyiniz hansısa bir restoran və ya iş yerində ağzınızı suyla yaxalayıb tüpürdükdən sonra 15-20 dəqiqə saqqız çeynəyin. Saqqız diş fırçalamasını əvəz edə bilməz, ancaq dişlərini müntəzəm şəkildə fırçalayan insanlarda diş çürüklərinin yaranmasını əngəlləməyə kömək edə bilər.

Ağız təmizliyinə əməl etmək üçün gün ərzində 2 dəfə diş fırçalamaq, diş ipi istifadə etmək və ildə ən az iki dəfə həkim müayinəsindən keçmək lazımdır. Şəkərsiz və dadlandırıcı əlavə edilməmiş saqqızlar yalnız diş fırçalamaq imkanınız olmayan anlarda köməyinizə yetə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31