“İRƏLİ” Azərbaycanın intelektual birincisini seçir 

"İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsinin dekabr ayının 3-də və 4-də Sumqayıt, Mingəçevir, Quba və Şəmkir regional turnirləri yekunlaşıb.

"İrəli" İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycanın İntellektual Birincisi" layihəsinin dekabr ayının 3-də və 4-də Sumqayıt, Mingəçevir, Quba və Şəmkir regional turnirləri yekunlaşıb. "OLAYLAR"-a daxil olan məlumata görə, "Azərbaycanın İntellektual Birincisi" layihəsinin dekabr ayının 3-də Abşeron, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə Mingəçevir turniri, dekabr ayının 4-də Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkir turniri, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba turniri keçirilib. "Azərbaycanın İntellektual Birincisi" layihəsinin açılış mərasimindən sonra 4 intellektual oyuna("Xəmsə","Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib. Sumqayıt şəhərində keçirilən regional seçim turunda "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "VətəniTanı" intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar. Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər. Qeyd edək ki, Dağlıq Qarabağ və Bakı şəhəri rayonları 10-nu və 11-i tarixlərində yarışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31