Rafael Hüseynov AŞ PA-nın tədbirinə qatılacaq

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə səfərə gedəcək. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, tədbirdə korrupsiyaya qarşı parlament nəzarəti, onlayn-media və jurnalistika, Avropada media azadlığı, jurnalistlərin statusu, milli azlıqlar və region dillərinin qorunması məsələləri müzakirə olunacaq. İclasda millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək. Səfər dekabrın 11-də başa çatacaq.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə səfərə gedəcək. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə korrupsiyaya qarşı parlament nəzarəti, onlayn-media və jurnalistika, Avropada media azadlığı, jurnalistlərin statusu, milli azlıqlar və region dillərinin qorunması məsələləri müzakirə olunacaq. İclasda millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək. Səfər dekabrın 11-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31