Suriya münaqişəsində müəyyən dönüş ola bilər

“Suriyada Bəşər Əsədə bağlı silahlı qüvvələr,Rusiyanın birbaşa hərbi dəstəyi ilə Hələbə nəzarəti ələ keçirtməkdədir. Əsəd rejimi Hələbə nəzarəti tam bərpa etdikdən sonra, Suriya münaqişəsində müəyyən dönüş ola bilər”.

"Suriyada Bəşər Əsədə bağlı silahlı qüvvələr,Rusiyanın birbaşa hərbi dəstəyi ilə Hələbə nəzarəti ələ keçirtməkdədir. Əsəd rejimi Hələbə nəzarəti tam bərpa etdikdən sonra, Suriya münaqişəsində müəyyən dönüş ola bilər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Rusiya azad edilmiş ərazilərdə MDB ölkələrindən "sülhməramlı" adı altında silahlı birləşmələri Suriyaya göndərmək istəyir: "Rusiya bununla Qərbə qarşı,Suriyada tək olmadığını və sülh yaratmaq missiyası ilə öz orbitində olan ölkələrlə burada olduğunu nümayiş etdirmək istəyir. Rusiya ilk növbədə MDB üzv olan ölkələrdən istifadə etməyi məqbul sayır. Burada Çin, İran, Ermənistan və Serbiyanın da öz hərbi kontingentləri ilə iştirakı gözlənilir". Politoloq hesab edir ki, MDB-nin üzvü olan Azərbaycanın Rusiyanın istəyi ilə Suriyada iştirakı, Qərblə, xüsusilə ABŞ və Türkiyənin narazılığına səbəb olar: "Gözlənilir ki, məsələ bu gün MDB müdafiə nazirlərinin Moskva toplantısında müzakirə olunacaq. Rusiya Müdafiə Nazirliyi artıq Azərbaycana təklif edib ki, Suriyada üsyançılardan azad edilmiş ərazilərdə minaların təmizlənməsində iştirak etsin. Hesab edirəm ki,Azərbaycan Rusiyanın istəyi ilə Suriyaya hərbi kontingent göndərməyəcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31