Aeroport işçisi şüşəyə çırpılıb ağır xəsarət aldı
30 Noyabr 2016 10:59 SosialHeydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.
"Olaylar" report-a istinadən xəbər verir ki, aeroportun əməkdaşı 21 yaşlı Ağadadaşov Qalibbəy Mahmud oğlu sürətlə hərəkət edən zaman qapıdakı iri şüşəni görməyib və şüşəyə çırpılıb. Q.Ağadadaşov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Q.Ağadadaşovun dediyinə görə, hadisə vaxtı vətəndaşlardan birinə məxsus pasporta baxa-baxa sürətlə hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31