Bu gün səhər saatlarında Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. Bakıdan elektrik qatarlarının gəlməməsi Sumqayıtda sərnişin sıxlığına səbəb olub. Sərnişinlərə bildirilib ki, Bakıda elektrik enerjisinin olmaması qatarların Sumqayıta gəlməsinə maneə olub. Bu gün 08:00-da Sumqayıtdan çıxan elektrik qatarı da ləngimələrlə Bakıya çatıb.