Xəzərdə iki zəlzələ olub


Xəzər dənizində bu gün səhər daha bir zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, 3.0 maqnitudada, 46 km dərinlikdəki zəlzələ saat 05:10-da baş verib.

Yeraltı təkan hiss olunmayıb.

----------

08:06

Xəzər dənizində 4.3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, yeraltı təkan noyabrın 30-da saat 04.40.53-də qeydə alınıb.

Dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31