“Qarabağa səfər edib sonra Bakıya gələrək üzr istəyirlər”
Deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında yenidən xarici sənət, iş adamlarının, siyasətçilərin, diplomatların Dağlıq Qarabağa qanunsuz səfərlərindən danışıb.
29 Noyabr 2016 13:22 SosialDeputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında yenidən xarici sənət, iş adamlarının, siyasətçilərin, diplomatların Dağlıq Qarabağa qanunsuz səfərlərindən danışıb. Deputat bildirib ki, həmin adamların böyük əksəriyyəti ora gedib tədbirlərdə iştirak edib sonra Bakıya gələrək tədbirlərə qatılıblar: "Hər dəfə də deyiblər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və.s. Bir çoxlarının da adları sonradan "qara siyahı"dan çıxarılır. Bu günlərdə də Fransa parlamentinin "Fransa-Qarabağ" dostluq qrupunun üzvləri qondarma DQR-ə qanunsuz səfər etdilər. Hesab edirəm ki, bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir".