Bakıda “Ustadlara sayğı gecəsi” keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində "Ustadlara sayğı gecəsi" adlı sazlı-sözlü tədbir keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz havaları və muğamlarımız dinləniləcək. Konsert proqramında Türkiyənin tanınmış ifaçısı Armağan Elçin və Azərbaycanın Əməkdar Artisti, xanəndə Elnarə Abdullayeva tərəfindən xalq mahnıları da təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31