Dini Komitə Ucarda tədbir keçirib

Ucar şəhər “Cami” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Ucar şəhər “Cami” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “İslam Peyğəmbərinin nümunəvi əxlaqı və mötədillik” mövzusunda tədbir keçirilib.

Ucar şəhər "Cami" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Ucar şəhər "Cami" məscidi dini icmasının birgə təşkilatçılığı ilə "İslam Peyğəmbərinin nümunəvi əxlaqı və mötədillik" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə,. tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar şəhər "Cami" məscidinin din xadimi Elnur Rəhimov, dini icmanın üzvləri, eləcə də dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ucar şəhər "Cami" məscidinin din xadimi Elnur Rəhimov, İslam Peyğəmbərinin və onun əhli-beytinin əxlaqının bütün bəşər üçün əvəzsiz nümunə olmasından danışıb.

Daha sonra çıxş edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, İslam Peyğəmbərinin qeyri-müsəlmanlara dini və hüquqi muxtariyyət verərək mədəni kimliklərini qorumalarına icazə verdiyini, dini-mədəni qrupların bir yerdə yaşaya biləcəyinin ən gözəl nümunəsini göstərərək bu davranışı ilə tolerantlığın inkişafına öncüllük etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31