Ələt-Astara magistralında mikroavtobus aşdı: yaralılar var
Ələt-Astara magistralında mikroavtobus aşıb. Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.
24 Noyabr 2016 13:13 SosialƏlət-Astara magistralında mikroavtobus aşıb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.
İdarəetmədən çıxan mikroavtobus yolun kənarına aşıb.
Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıblar.
Faktla bağlı araşdırma gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31