İKT-nin mövcud problemləri müzakirə olunur

AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçirilib. “OLAYLAR”-a təhsil ocağının mətbuat xidmətindən bildirilib ki, konfransda AzTU-nun rektor əvəzi Xalıq Yahudov ölkəmizdə İKT-nin mövcud vəziyyətindən söz açaraq ulu öndər Heydər Əliyevin bu sahəyə diqqətindən danışıb. Rektor əvəzi bildirib ki, İKT sahəsi bu gün də Azərbaycanda prioritet sahələrdəndi.

AzTU-da "İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri" mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçirilib. "OLAYLAR"-a təhsil ocağının mətbuat xidmətindən bildirilib ki, konfransda AzTU-nun rektor əvəzi Xalıq Yahudov ölkəmizdə İKT-nin mövcud vəziyyətindən söz açaraq ulu öndər Heydər Əliyevin bu sahəyə diqqətindən danışıb. Rektor əvəzi bildirib ki, İKT sahəsi bu gün də Azərbaycanda prioritet sahələrdəndi.
Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bu gün İKT-nin bütün sahələri əhatə etdiyini vurğulayaraq konfrans iştirakçılarına uğurlar arzulayıb.  Nazirlər Kabinetinin şöbə müdiri Elxan Bağırzadə və digər çıxış edən natiqlər də İKT-nin önəminə toxunaraq konfrans iştirakçılarından böyük gözləntilərin olduğunu vurğulayıblar və AzTU-nun İKT sahəsinə verdiyi tövhələrdən danışıblar.  Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, nazir müavini İltimas Məmmədovun "Azərbaycanda İKT infrastrukturunun inkişaf meylləri" mövzusunda məruzəsi dinlənilib. İltimas Məmmədov son illər ölkədə İKT infrastrukturunun xeyli inkişaf etdirildiyini bildirib.

Qeyd edək ki, noyabrın 25-ə kimi 6 bölmə üzrə davam edəcək beynəlxalq konfransın keçirilməsində məqsəd müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31