Məktəblilərə vətənpərvərlik hissləri aşılanır
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Qusar rayonunda keçirib. İctimai Birlikdən “OLAYLAR”-a daxil olan məlumata görə, Qusar şəhər Bəhruz Ağaverdiyev adına1 saylı orta məktəbdə keçirilən tədbirdə şagirdlərlə yanaşı valideyn və müəllimlər də iştirak edib.
22 Noyabr 2016 11:55 SosialAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Qusar rayonunda keçirib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, Qusar şəhər Bəhruz Ağaverdiyev adına1 saylı orta məktəbdə keçirilən tədbirdə şagirdlərlə yanaşı valideyn və müəllimlər də iştirak edib. ADİİM sədri Cavid Şahverdiyev layihə barədə məlumat verərək qeyd edib ki, tədbirlərin təşkilində əsas məqsəd Azərbaycanda yaşayan azsaylı xalqlar arasında vətənpərvərliklə bağlı maarifləndirmə işini təşkil etməkdir: "Gənclərə milli ruhun aşılanması körpə yaşlarından həyata keçirilməli, bu, bağçalarda,məktəblərdə, qəzet və televiziyalarda özünü güclü şəkildə göstərməlidir. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır". Daha sonra layihənin eksperti Ramin Mahmudov çıxış edib. O uşaqların vətənpərvərlik ruhunda fəaliyyət göstərmələrinin vacibliyindən danışıb. Tədbirdə iştirak edən məktəbin Arif Xəlilov da öz fikirlərini bölüşüb. Sonda şagirdlərə ADİİM tərəfindən çap edilən bukletlər paylanılıb.