Korporativ Sosial Məsuliyyət konsepsiyasının inkişaf etdirilməsində biznes və vətəndaş cəmiyyətinin iştirakı müzakirə ediləcək
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi (KSM) “Korporativ Sosial Məsuliyyət” konsepsiyasını Azərbaycanda fəaliyyət göstərən biznes qurumları və QHT-lər arasında yaymaq üçün bu sahədə fəaliyyət göstərən biznes qurumları, ekspertlərin, QHT və media təmsilçilərinin iştirakı ilə (KSM) “Korporativ Sosial Məsuliyyət konsepsiyasının inkişaf etdirilməsində biznes və vətəndaş cəmiyyətinin iştirakı” adlı tədbir təşkil edəcək.
22 Noyabr 2016 11:54 SosialAzərbaycan-Amerika Gəncləri İctimai Birliyi (KSM) "Korporativ Sosial Məsuliyyət" konsepsiyasını Azərbaycanda fəaliyyət göstərən biznes qurumları və QHT-lər arasında yaymaq üçün bu sahədə fəaliyyət göstərən biznes qurumları, ekspertlərin, QHT və media təmsilçilərinin iştirakı ilə (KSM) "Korporativ Sosial Məsuliyyət konsepsiyasının inkişaf etdirilməsində biznes və vətəndaş cəmiyyətinin iştirakı" adlı tədbir təşkil edəcək. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, layihənin əsas məqsədi Azərbaycanda korporativ sosial məsuliyyət ideyasını yerli biznes icması və QHT-lər, o cümlədən media arasında yaymaq, vətəndaş cəmiyyəti ilə biznes qurumları arasında əməkdaşlığı stimullaşdırmaqdır. Keçiriləcək tədbir nəticəsində QHT-lərin biznes qurumları ilə əməkdaşlığının genişləndirilməsi və birgə layihələrin icrasına kömək edəcək.