Çexiya səfiri Şamaxıda

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Səfirliyinin təşəbbüsü ilə həyata keçiriləcək enerji səmərəliliyi üzrə layihəsinin açılışı üçün Şamaxı rayonuna səfər edib. “OLAYLAR”-ın Şamaxı Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, səfər zamanı səfir icra başçısı Asif Ağayevlə görüş keçirib.

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Səfirliyinin təşəbbüsü ilə həyata keçiriləcək enerji səmərəliliyi üzrə layihəsinin açılışı üçün Şamaxı rayonuna səfər edib. "OLAYLAR"-ın Şamaxı Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, səfər zamanı səfir icra başçısı Asif Ağayevlə görüş keçirib. Dostluq və səmimiyyət mühitində keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Asif Ağayev Şamaxının tarixi və mədəniyyəti barədə məlumatlar vermiş, rayonun inkişafından, son vaxtlar həyata keçirilən layihələrdən, fəaliyyət göstərən müəssisələrdən danışıb. Səfir Çexiya-Azərbaycan əlaqələrindən söz açaraq, ölkələrimiz arasında iqtisadi və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu qeyd edib. Şamaxıdakı Şirvan otelində layihənin rəsmi açılış mərasimi keçirildikdən sonra rayonun Qaravəlli kəndində rəsmi görüş olub. Daha sonra Belarusiyadan dəvət olunmuş mütəxəssis tərəfindən rayonun müxtəlif ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirlərinin iştirakı ilə seminar keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31