Vertolyot qəzasının qurbanları Türkiyədə anılıb

1991-ci il, noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş verən vertolyot qəzası zamanı həlak olan Azərbaycanın yüksək rütbəli rəsmilərinin xatirəsi faciənin 25-ci ilində qardaş Türkiyədə də anılıb. “OLAYLAR”-ın xəbərinə görə, bu məqsədlə Antalya Azərbaycan Mədəniyyət, Təhsil və Birlik Dərnəyi tərəfindən anım tədbiri təşkil olunub. Mərasimdə Türkiyənin tanınmış siyasət adamları, QHT rəhbərləri, cəmiyyət sədrləri, eləcə də bir sıra media qurumları iştirak edib. Tədbirdə çıxış edən dərnəyin sədri Aynur Məmmədova Qarakənd faciəsi, qəza zamanı həlak olan Azərbaycanın yüksək rütbəli rəsmiləri, eləcə də bu cinayətin üstünün açılması istiqamətində görülən işlərdən danışıb. Aynur Məmmədova hazırda Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və bu təcavüzün doğurduğu acı nəticələr barədə də iştirakçıları bilgiləndirib. Sonda Qarakən qəzasında həlak olanların ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

1991-ci il, noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş verən vertolyot qəzası zamanı həlak olan Azərbaycanın yüksək rütbəli rəsmilərinin xatirəsi faciənin 25-ci ilində qardaş Türkiyədə də anılıb. "OLAYLAR"-ın xəbərinə görə, bu məqsədlə Antalya Azərbaycan Mədəniyyət, Təhsil və Birlik Dərnəyi tərəfindən anım tədbiri təşkil olunub. Mərasimdə Türkiyənin tanınmış siyasət adamları, QHT rəhbərləri, cəmiyyət sədrləri, eləcə də bir sıra media qurumları iştirak edib. Tədbirdə çıxış edən dərnəyin sədri Aynur Məmmədova Qarakənd faciəsi, qəza zamanı həlak olan Azərbaycanın yüksək rütbəli rəsmiləri, eləcə də bu cinayətin üstünün açılması istiqamətində görülən işlərdən danışıb. Aynur Məmmədova hazırda Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və bu təcavüzün doğurduğu acı nəticələr barədə də iştirakçıları bilgiləndirib. Sonda Qarakən qəzasında həlak olanların ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31