Ziyalılarla tələbələrin görüşü keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr edilmiş tədbir və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kür - Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ADPU-nun təşkilati dəstəyi ilə "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.
21 Noyabr 2016 17:01 SosialAzərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr edilmiş tədbir və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kür - Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan "Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili" layihəsi çərçivəsində ADPU-nun təşkilati dəstəyi ilə "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq bildirib ki, bu gün xalqımızın dahi oğlu, böyük zəka sahibi, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı, təşkilatlandırdığı, qurduğu və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümü tamam olur. Rektor bu böyük və əlamətdar tarixi gün münasibətlə görüş iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Görüşün moderatoru, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu, "Kür-Xəzər" Xeyriyyə İB-nin sədri, Milli QHT Forumunun İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının üzvü, layihə rəhbəri Akif Kərimov, YAP-ın
Səbail rayon təşkilatının "Pedaqoqlar" ərazi ilk təşkilatının sədri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi Taleh Cəfərov, TGT-nin sədri Cavid Hüseynov, Filologiya fakültəsinin üçüncü tədris ilinin tələbəsi Cəmilə Məhərrəmova ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası, eləcə də dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənc nəslə aşılanması, gənclərdə Vətənə, xalqa, millətə sədaqət və məhəbbət ruhunun yüksəldilməsi ilə bağlı maraqlı və məzmunlu çıxışlar ediblər.