BANM və İzmir Universiteti arasında memorandum imzalanıb

Bakı Ali Neft Məktəbi (BANM) və Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov hər iki ali təhsil müəssisəsi arasında oxşar cəhətlərin olduğunu bildirib, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq, imzalanacaq memorandumun iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıb.

Bakı Ali Neft Məktəbi (BANM) və Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov hər iki ali təhsil müəssisəsi arasında oxşar cəhətlərin olduğunu bildirib, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq, imzalanacaq memorandumun iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıb. Bakı ilə İzmirin qardaşlaşmış şəhərlər olduğunu vurğulayan İzmir Çələbi Universitetinin rektoru Qalib Akhan Azərbaycana səfərdən məmnun olduğunu bildirib, müqavilədə hər iki tərəf üçün vacib olan, qarşılıqlı maraq doğuran ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində, eləcə də qısa müddətli sənaye yönümlü kurslarda mütəxəssis hazırlığında əməkdaşlığın nəzərdə tutulduğunu qeyd edib. Sonra Bakı Ali Neft Məktəbi ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında anlaşma memorandumu imzalanıb.. Müqaviləyə əsasən, həmçinin müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili və bu tədbirlərdə, eləcə də hər iki tərəfin korporativ tədbirlərində tələbə və müəllimlərin qarşılıqlı iştirakının təmin edilməsi, birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Sonda rektor Elmar Qasımov İzmir Çələbi

Universitetinin rektoru Qalib Akhana BANM-in "Fəxri qonaq" diplomunu təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31