Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarıldı

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl mərkəzə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin, qəpiyin olması təsdiq edilib.

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl mərkəzə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin, qəpiyin olması təsdiq edilib.
 
Olaylar.az xəbər verir ki, RMDM-dən APA-ya verilən məlumata görə, nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.
 
RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31