Aqşin Babayev – 80

“Olaylar” Bu gün Beynəlxalq Mətbuat mərkəzində otuzdan artıq kitabın müəllifi olan, 32 – il Azərbaycan radiosunda çalışmış, 15 – il Milli Məclisin mətbuat katibi olmuş, əməkdar jurnalist, “Yusif Məmmədəliyev”, “Həsən bəy Zərdabi”, “Humay”, “Qızıl qələm” mükafatları laureatı, 2004 – cü ildən II dərəcəli dövlət müşaviri olan, tərcüməçi Aqşin Babayevin 80 – illik yubuleyi qeyd olundu.  Aqşin Babayev tələbə ikən əmək fəaliyyətinə Respublika radiosundan başlayıb, Türkiyə, ərəb ölkələrinə, İran və cənubi Azərbaycana aid verlişlər hazırlayan redaksiyanın baş redaktoru olmuş, on il “Moscow News” qəzetinin Azərbaycan üzrə müxbiri kimi çalışıb.

"Olaylar" Bu gün Beynəlxalq Mətbuat mərkəzində otuzdan artıq kitabın müəllifi olan, 32 - il Azərbaycan radiosunda çalışmış, 15 - il Milli Məclisin mətbuat katibi olmuş, əməkdar jurnalist, "Yusif Məmmədəliyev", "Həsən bəy Zərdabi", "Humay", "Qızıl qələm" mükafatları laureatı, 2004 - cü ildən II dərəcəli dövlət müşaviri olan, tərcüməçi Aqşin Babayevin 80 - illik yubuleyi qeyd olundu.  Aqşin Babayev tələbə ikən əmək fəaliyyətinə Respublika radiosundan başlayıb, Türkiyə, ərəb ölkələrinə, İran və cənubi Azərbaycana aid verlişlər hazırlayan redaksiyanın baş redaktoru olmuş, on il "Moscow News" qəzetinin Azərbaycan üzrə müxbiri kimi çalışıb.

Tədbiri giriş sözü  ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirdi ki, "Yazıçı, dramaturq, tərcüməçi, pedaqoq, ictimai xadim, böyük ziyalı və sədaqətli dost olan Aqşin Babayevin yubileyinə yığışmışıq. Biz Aqşin müəllimi müxtəlif aspektlərdən dəyərləndirə bilərik. Aqçin müəllimin yaradıcılığında Türkiyə ədəbiyyatı böyük yer tutur. Biz Əziz Nesin, Nazim Hikmət yaradıcılığını Aqşin müəllimin sayəsində demək olar ki, orjinal variantda oxumuşuq. Aqşin müəllim müstəqilliyimizin çətin illərində "Araz" radiosunda "Səhər" verlişi ilə insanlara dolğun məlumatla çatdırmağa çalışıb. 1958 - ci ildə ilk hekayəsi, 1964 - cü ildə isə ilk hekayə kitabı dərc olunan Aqşin müəllim, ədəbiyyatın bütün sahələrində öz imzasını təsdiq etmiş dramaturqdu".

Daha sonra Əflatun Amaşov Aqşin Babayevə Milli Mətbuat şurasının rəsmi mükafatını                                   təqdim etdi. Ahıl jurnalistlər məclisi də Aqşin müəllimə öz birliklərinin hədiyyəsini təqdim etdi. Gecədə əməkdar jurnalist, Ahıl jurnalistlər birliyinin sədri Yusif Kərimov, əməkdar jurnalistlər Flora Xəlil, Eldar İsmayılov, Zakir Abbas, Aida Eyvazlı, Məzahir Süleymanzadə, Şahnaz Ağamir və digərləri iştirak etmişdilər.

Sonda Aqşin müəllim çıxış edərək tədbirə gələnlərə öz təşəkkürünü bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31