Quzey Kıbrıs uşaqların gözü ilə

“Türkiyə Universitetləri Məzunları” ictimai birliyinin, Şimali Kipr Respublikasının ölkəmizdəki səfirliyinin və Xətai sənət mərkəzinin birgə təşkilatçılığı ilə bu gun adı çəkilən mərkəzdə “Şimali Kipr Türk Respublikası Azərbaycan uşaqlarının gözü ilə” adlı uşaq rəsm sərgisi keçirildi.

"Türkiyə Universitetləri Məzunları" ictimai birliyinin, Şimali Kipr Respublikasının ölkəmizdəki səfirliyinin və Xətai sənət mərkəzinin birgə təşkilatçılığı ilə bu gun adı çəkilən mərkəzdə "Şimali Kipr Türk Respublikası Azərbaycan uşaqlarının gözü ilə" adlı uşaq rəsm sərgisi keçirildi. Tədbirdə ilk olaraq  Şimali Kipr Respublikasının ölkəmizdəki səfiri xanım Ufuk Turganer çıxış etdi. Öz çıxışında xanım sərgidə iştirak edən uşaqlara öz təşəkkürünü bildirdi. "Olaylar" - a müsahibəsində xanım qeyd etdi ki, "Bakıda Şimali Kipr Respublikasının yaradılmasının 33 - cü il dönümü münasibəti ilə təşkil olunmuş sərgi, sanki rəsm yarışması kimi oldu. Qardaş Azərbaycan uşaqlarının gözü ilə Şimali Kipr Respublikasını görmək çox təsirli idi. Sərgidə 5 yaşından başlayaraq daha yuxarı yaşda uşaqların təsəvvürlərindəki Şimali Kipri görmək çox qürurverici haldı. Sərgidə biri - birindən gözəl rəsmləri gördük. Biz bunu adət halına gətirmək istəyirik. İnşallah növbəti ildə qalib uşaqları canlı olaraq şimali Kiprə səyahət etmələrini də təşkil edərik." Ufuk xanım "Türkiyə Universitetləri" ictimai birliyinə və Xətai sənət mərkəzinə dəstəkləri üçün təşəkkür etdi.

Daha sonra sərgidə deputat Qənirə Paşayeva, "Türkiyə Unuversitetləri Məzunları" ictimai birliyinin sədri Çingiz Bayramov, Xətai sənət mərkəzinin direktoru Zahid Əvəzov və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək uşaqlara öz təşəkkürlərini bildirdilər.

Xətai sənət mərkəzinin direktoru Zahid Əvəzov qeyd etdi ki, ilk belə sərgi "Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" başlamışdı. Daha sonra Şimali Kipr Respublikasının 33 - cü ili ilə əlaqədar növbəti belə sərgi keçirməyi qərarlaşdırdıq. Bir ay ərzində sərgiyə yüzdən artıq uşaq öz əsərlərini təqdim edib.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31