Yetkinlik yaşına çatmayanlarla bağlı qanun dəyişdirilir
Azərbaycanda yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələrinin himayədarlqıdan üzrlü səbəbdən imtinasının yeni şərtləri müəyyənləşir.
17 Noyabr 2016 12:13 SosialAzərbaycanda yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələrinin himayədarlqıdan üzrlü səbəbdən imtinasının yeni şərtləri müəyyənləşir. Bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin noyabrın 17-də keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı məlumat verib. Komitə sədri bildirib ki, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna əlavə ediləcək yeni maddə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsündən irəli gəlib. Dəyişikliyə görə, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyən edilməsi ilə bağlı qanunvericiliyə yeni əlavə edilir. "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna əlavə olunan yeni 1.0.8-ci maddəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrini stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbsqətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir. Qeyd olunub ki, bu maddənin əlavə edilməsində məqsəd yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirmək xarakteri daşıyır. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.